Virtual aləmdə iqtidarı kəskin tənqid edən gənc namizəd canlı efirdə "vaxtını saxlamaq"la məşğul oldu QayNar: İctimai televiziyanın(İTV) efirində 7 noyabr parlament seçkilərinə həsr olunmuş tele-debatlar davam edir. Qaynar.info-nun məlumatına görə, ötən gün kanalın efirində 17 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınmış namizədlərin debatı keçirilib. Namizədlərin sayı və nüfuzuna görə hətta «ölüm dairəsi» kimi qiymətləndirilən bu dairədə kəskin polemikanın yaşanacağı gözlənilsə də, bu baş verməyib. Ancaq, debat bir sıra maraqlı məqamlarla yadda qalıb. Xüsusilə də, 17 saylı dairədən deputalığa gənc namizəd Bəxtiyar Hacıyevin İTV-nin efirində tamam başqa ampulada görünməsi ciddi müzakirələrə səbəb olub. Belə ki, dünənki debatda «Facebook» sosial şəbəkəsində daim iqtidarı ağır tənqidlərə məruz qoyan, tənqid etmədiyi sahə qalmayan Bəxtiyar Hacıyevin demək olar ki, hər hansı məsələyə ciddi və tənqidi münasibət bildirməməsi xeyli şübhələrə yol açıb. Gənc namizədin canlı efirdə iqtidarı təmsil edən namizədlərin çıxışlarından fərqlənməyən çıxışı onun «Facebook»dakı rəsmi səhifəsində də ciddi polemikalarla nəticələnib. Bir çox istifadəçilər B.Hacıyevin bu davranışını hakimiyyətin xoşuna gəlmək, onun dəstəyini qazanmaq cəhdi kimi qiymətləndiriblər. «Bəxtiyar Hacıyev həm seçicilər, həm də iqtidarla ikibaşlı oyun oynayır» -deyə bəzi istifadəçilər qeyd ediblər. B. Hacıyevin özü rəsmi səhifəsində konkret olaraq bu davranışına münasibət bildirməyib. Onun tərəfdarları isə bu vəziyyəti namizədin vaxtının azlığı ilə izah ediblər. //QayNar
Virtual aləmdə iqtidarı kəskin tənqid edən gənc namizəd canlı efirdə "vaxtını saxlamaq"la məşğul oldu
Xüsusilə də, 17 saylı dairədən deputalığa gənc namizəd Bəxtiyar Hacıyevin İTV-nin efirində tamam başqa ampulada görünməsi ciddi müzakirələrə səbəb olub. Belə ki, dünənki debatda «Facebook» sosial şəbəkəsində daim iqtidarı ağır tənqidlərə məruz qoyan, tənqid etmədiyi sahə qalmayan Bəxtiyar Hacıyevin demək olar ki, hər hansı məsələyə ciddi və tənqidi münasibət bildirməməsi xeyli şübhələrə yol açıb. Gənc namizədin canlı efirdə iqtidarı təmsil edən namizədlərin çıxışlarından fərqlənməyən çıxışı onun «Facebook»dakı rəsmi səhifəsində də ciddi polemikalarla nəticələnib. Bir çox istifadəçilər B.Hacıyevin bu davranışını hakimiyyətin xoşuna gəlmək, onun dəstəyini qazanmaq cəhdi kimi qiymətləndiriblər. «Bəxtiyar Hacıyev həm seçicilər, həm də iqtidarla ikibaşlı oyun oynayır» -deyə bəzi istifadəçilər qeyd ediblər. B. Hacıyevin özü rəsmi səhifəsində konkret olaraq bu davranışına münasibət bildirməyib. Onun tərəfdarları isə bu vəziyyəti namizədin vaxtının azlığı ilə izah ediblər. //QayNar |
|
|
Обратная связь: |
xiyarlar ele biler anti piyar piayrdir © antixiyar (Elnare Milli) Video by Hebib Muntezir. |