BƏXTİYAR HACIYEV

HAFİZ HACIYEVİN 

DOĞMA ƏMİSİ OĞLUDUR.

Müasir Müsavat Partiyasının sədri, 31 saylı Suraxanı ikici seçki dairəsindən deputatlığa namizəd Hafiz Hacıyevin Qaynar.info-ya müsahibəsi

Hafiz Hacıyev: «Bəxtiyar Hacıyev mənim doğma əmim oğludur»

- Hafiz bəy, seçki kampaniyanız necə gedir?

- İmza toplayan gündən etibarən əhalinin bizə çox böyük rəğbəti var. Onlar məni artıq uzun illərdir tanıyırlar. Mən prezidentliyə namizəd  olanda bu ərazidə izdahamlı görüşlər keçirmişəm. Hətta bəziləri mənə zarafatla deyirlər ki, Hafiz bəy, biz səni daha yüksək postlarda görürük-filan. Kampaniya çox uğurla davam edir. Mən artıq bir neçə görüşlər keçirmişəm. Nazir olandan mənim Suraxanı camaatına çox böyük yaxşılıqlarım keçib. Onlar da bunu unutmurlar

- Kimi bu dairənin real namizədi hesab edirsiniz?

-Bu ərazidə ən şanslı namizəd mənəm. Mənim rəqiblərim bütün görüşlərinə maşınlarla eyni adamları gətirib, aparırlar. Bu da əlbəttə ki, əhali tərəfindən etirazla qarşılanır. Mən bir şeyə təəsüüflənirəm ki, bəzi qüvvələr prezidenti tənqid edən, onun əleyhinə iş aparan  namizədlərə maddi dəstək verirlər. Mən onlara xəbərdarlıq edirəm:  Elə etməsinlər ki, onları, Fərhad Əliyevin, Əli  İnsanovun, Heydər Babayevin günənə salaq. Əgər mən bu gün başlasam hakimiyyətdə ciddi zəlzələ olacaq. Prezidentin əleyhinə iş aparan adamlar məni önlərində görəcəklər.

- Sizin  başqa bir ailə üzvünüz olan Bəxtiyar Hacıyev də 17 saylı dairədən namizədliyini irəli sürüb. Bəxtiyar haqqında nə düşünürsuz?

- Bəxtiyar mənim doğma əmim oğludur. Bəxtiyarı dəstəkləyən də mən olmuşam, onu bu səviyyə çatdıranda da mən olmuşam. Mən Bəxtiyarı Müasir Müsavat Partiyasına sədr müavini gətirəcəyəm. Bunu onun özünə də demişəm, əmimə də demişəm. Ona başa salıblar ki, Kərimov Əli ilə uzağa getmək olmaz. Kərimov Əli özünü qoruya bilmir, Bəxtiyarı necə qoruyacaq?! Bu mənə qarşı təxribatdı. Açıq deyirəm Hafiz Hacıyevin özü də, nəsli prezident İlham Əliyevi dəstəkləyir.

- Seçki prosesində Bəxtiyara dəstək verirsinizmi?

- Bəxtiyara mən uğurlar arzu edirəm. Əmisoğlu, 30 ildir siyasətdə olan adam kimi, ona deyirəm ki, Kərimov Əlinin yanında olmaqla, iclaslarında çıxış etməklə deputat olmaq olmaz.  //QayNar


Обратная связь:

Имя отправителя *:
E-mail отправителя *:
Тема письма:
Текст сообщения *:
Код безопасности *:

xiyarlar ele biler anti piyar piayrdir © antixiyar (Elnare Milli)

Video by Hebib Muntezir.

Создать бесплатный сайт с uCoz